Felqenqauer: “Bu formatda atəşkəs ola bilməz”backend

Felqenqauer: "Bu formatda atəşkəs ola bilməz"

“Bu formatda atəşkəs ola bilməz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar atəşkəsin tətbiq edilməsinə münasibət bildirən rusiyalı hərbi ekspert Pavel Felqenqauer bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Moskva görüşü deklorasiya xarakteri daşıyır.

Əgər tərəflər arasında uzunmüddətli sülhə nail olunmaq gərəkirsə, onda danışıqlarda hərbi nümayəndələrin də iştirakı vacibdir. Ermənistanla Azərbaycan arasında isə belə formatda danışıq olmayıb. Ekspert onu da vurğulayıb ki, ümumiyyətlə, münaqişə tərəfləri arasında heç vaxt sülh olmayıb. Uzunmüddətli atəşkəsin nəticəsinin belə olacağı isə gözləniləndir.

P.Felqenqauer qeyd edib ki, iki ölkə arasında danışıqların sülhlə qurtaracağına inamsızlıq var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*