“Qalatasaray”ın prezidenti Dursun Özbek “Oğuzu mənə buraxın” deyib. Artıq Oğuzla 4 illik müqavilə imzalanacaq.
KONKRET.az xəbər verir ki, superliqa yay transfer dönəmində başda G.Saray olmaqla böyük komandaların arxasınca düşən “Alanyaspor”un ulduzu Oğuz Aydın sağlamlığına baxış keçirmək və müqavilə bağlamaq üçün bu gün İstanbula gedəcək.
Razılaşmadan sonra Ali Koç Oğuz Aydınla telefon danışığı aparıb və ona uğurlar arzulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az