Fəxri konsul: “Xarkovdakı fəaliyyətimiz davam edəcək” – EKSKLÜZİVbackend

Fəxri konsul: "Xarkovdakı fəaliyyətimiz davam edəcək" - EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarkov şəhərindəki konsulluğu hava hücumuna məruz qalıb.

Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov KONKRET.az-a eksklüziv açıqlama verib.

Konsul Əfqan Salmanovun açıqlamasını təqdim edirik:

“Təqribən Bakı vaxtı ilə 20.30 radələrində Xarkov şəhərinə növbəti aviazərbələr endirilib. Bu aviazərbələrdən biri konsulluq binasının qarşısındakı binaya düşüb.

Nəticədə konsulluq binasına ciddi zərər dəyib və konsulluq əməkdaşlarından birinin avtomobili yarasız hala düşüb.

Hadisə zamanı konsulluq əməkdaşları sığınacaqda olduğundan xəsarət alan olmayıb. Hadisə ilə bağlı dərhal ölkəmizin xarici işlər nazirliyi məlumatlandırılıb.

Operativ qəbul edilmiş qərar əsasında konsulluq əməkdaşları daha təhlükəsiz əraziyə köçüb.

Qeyd edim ki, konsulluğuzun fəaliyyəti davam edəcək və biz həmvətənlərimizə dəstək olmağa və evakuasiya prosesini davam etdirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*