“Ermənistan heç Rusiyanın müttəfiqi də deyil, partnyoru da deyil. Sadəcə olaraq bir əlaltısıdır. Əgər Ermənistan rəhbərliyi elə düşünür ki, onu Avropada səbrsizliklə gözləyirlər, yanılır. O, ancaq Paşinyanın yuxu və xülyasında ola bilər”.
Bu sözlər KONKRET.az üçün özəl açıqlama verən politoloq Fikrət Sadıxova məxsusdur. Sualımızın əsas hissəsi bundan ibarət olub:
– Ermənistan elə də Rusiyanın sözünə baxmır. KTMT sədri olsa da, özünü Avropa İttifaqının üzvü kimi aparır. Sizcə, Kreml İrəvanı necə cəzalandıra bilər?
“Reallıq odur ki, Rusiyanın Ermənistana kifayət qədər təsir etmək resursları var. Rusiyanın orada hərbi bazası var, həm də Ermənistan sərhədlərini qoruyur, eyni zamanda bütün nəqliyyat, dəmir yolu şəbəkəsi Rusiyanın nəzarətindədir. Və Paşinyan bu xülyalardan əl çəkməlidir, çünki o, özünü daha da dalana dirəndirir. Bu dalandan isə çıxış yolu yoxdur”, – deyə professor Fikrət Sadıxov fikrini tamamlayıb.
Anar Rəhimov,
KONKRET.az