Fransa lideri Emmanuel Makron Moldovanın Avropa Birliyinə üzv olmaq üçün keçirilən referendumdan sonra dəstəyini ifadə edib. O, həmçinin prezident Maia Sandunu Avropa birliyinə inteqrasiyaya sadiqliyinə görə tərifləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Moldovanın “Newsmaker” nəşri yazıb: “Moldovalıların Avropa ailəsinə qoşulmaq istəyi daha güclü oldu. Hazırkı prezident Maia Sandu bu istəyi təcəssüm etdirir”.Fransa prezidentindən sitat gətirən nəşr daha sonra yazır ki, Makron Moldovanı Fransa və Aİ-nin dəstəyinə arxalanmağa çağırıb.
Vəli Həsənoğlu,
KONKRET.az