Fransadan GÖZLƏNİLMƏZ REAKSİYA: “Netanyahu terrorçudur”backend

Fransadan GÖZLƏNİLMƏZ REAKSİYA: "Netanyahu terrorçudur"

Fransalı deputat Tomas Portes İsrailin baş naziri Benyamin Netanyahuya qarşı sərt ifadələr işlədib. O, Netanyahunu “hərbi cinayətkarlar ordusuna rəhbərlik edən terrorçu lider” adlandırıb.

KONKRET.az xəbər verir ki, deputat bu fikirlərini “X” (əvvəlki Twitter) sosial şəbəkəsindəki paylaşımında bildirib. O, İsrailin İrana endirdiyi zərbələri pisləyərək, bu hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Portes paylaşımında qeyd edib ki, beynəlxalq ictimaiyyət İsrailin bu cür addımlarına göz yummamalı və beynəlxalq hüququn aliliyini müdafiə etməlidir. Onun açıqlamaları Fransada və beynəlxalq aləmdə geniş rezonans doğurub.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*