Fransanın baş naziri: “Başımızın üstündə “Demokl qılıncı” asılıb”backend

Fransanın baş naziri: "Başımızın üstündə "Demokl qılıncı" asılıb"

Fransanın baş naziri ölkənin “Damokl qılıncı kimi asılmış” böyük maliyyə borcundan danışıb.

KONKRET.az xəbər verir ki, yeni təyin olunmuş Baş nazir Mişel Barnier bildirib ki, Fransa büdcə kəsirini azaltmalı və böyük borcunu artırmalıdır.

“Məqsədimiz 2025-ci ildə kəsiri (ÜDM) beş faiz azaltmaqdır. Belə getsə, 2029-cu ildə üç faizlik zirvəyə çatacağıq”, – deyə Barnier vurğulayıb.

O qeyd edib ki, hökumət böyük gəlirləri olan iri şirkətləri ölkə iqtisadiyyatının bərpasına töhfə verməyə çağıracaq.

Barnier parlamentdəki proqram çıxışında deyib ki, “Başımızın üstündə asılan Demokl qılıncı bizim böyük maliyyə borcumuzdur. Fransanın büdcə kəsiri isə ölkəmizin Avropadakı mövqeyini zəiflədir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*