Futbol üzrə Azərbaycan Kubokunda cavab oyunları başlayırbackend

Futbol üzrə Azərbaycan Kubokunda cavab oyunları başlayır

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

KONKRET.az xəbər verir ki, üç gün davam edəcək qarşılaşmalar çərçivəsində ilk görüş baş tutacaq.

“Keşlə” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Matç “ASK Arena”da təşkil olunacaq.

İlk görüşdə minimal hesabla uduzan “Keşlə” titulunu qorumaq üçün mərhələ adlamağa çalışacaq. Premyer Liqanın lideri isə “Qızıl dubl” arzusuna doğru növbəti addımı atmaq niyyətindədir.

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
11 fevral
18:00 “Keşlə” – “Qarabağ”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”
İlk oyun – 0:1

Qeyd edək ki, 1/4 finalın digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək. “Sabah” – “Neftçi” oyunu sabah, “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” görüşləri fevralın 13-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*