Füzulidə mina partladı – Xəsarət alan varbackend

Füzulidə mina partladı - Xəsarət alan var

Füzuli rayonunda traktor minaya düşüb.

KONKRET.az  DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün saat 10 radələrində Horadiz kəndində əkin işləri aparan traktorun minaya düşməsi barədə məlumat daxil olub.

Nəticədə traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*