Gədəbəydə qətlə yetirilən şəxs kafenin ofisiantı olub – YENİLƏNİBbackend

Gədəbəydə qətlə yetirilən şəxs kafenin ofisiantı olub - YENİLƏNİB

Gədəbəy rayonunun Novosaratovka kəndində baş vermiş qətlin təfərrüatları məlum olub.

KONKRET.az report-a istinadən xəbər verir ki, kafedə müştəri qismində olan Şəmkir rayon Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Elpərəs Bəhman oğlu İbrahimovla həmin kafedə ofisiant işləyən Gədəbəy rayon Novosaratovka kənd sakinləri, 1981-ci il təvəllüdlü Samir Çümşüd oğlu Tapdıqov və onun qardaşı 1986-cı il təvəllüdlü Teymur Cümşüd oğlu Tapdıqovla mübahisə düşüb.

Mübahisə daha sonra münaqişəyə çevrilib və müştəri qismində olan şəxs ofisiantları bıçaqlayıb. Mübahisə zəminində E. İbrahimov da bıçaqlanıb.

Hər üç şəxs xəstəxanaya aparılsa da onlardan T. Tapdıqov yolda dünyasını dəyişib.

Qeyd edək ki, E. İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

Faktla bağlı araşdırma davam etdirilir.

***

09:18

Gədəbəydə kütləvi dava zamanı 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarəti alıb.

KONKRET.az DİN-ə istinadla xəbər verir ki, hadisə rayonun Novosaratovka kəndində baş verib.

1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib. Nəticədə T.Tapdıqov ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*