Gələn ildən hansı təyinatlı tikililərin inşasına icazə veriləcək? – AÇIQLAMAbackend

Gələn ildən hansı təyinatlı tikililərin inşasına icazə veriləcək? - AÇIQLAMA

Gələn ildən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.

Bu arada ölkədə  neft müqavilələrinin əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında yerləşən tikililərlə bağlı işçi qrupu yaradılıb.İşçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir.

Brifinqdə o da bildirilib ki, Azərbaycanda 400 minə yaxın qeyri-qanuni tikili qeydə alınıb. Bu rəqəm dəqiqləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*