Gəncədə qadını avtomobil vurub.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin ərazisində yerləşən ticarət mərkəzlərinin birinin qarşısında baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü R.Rzayeva yolu qarşıya keçmək istəyən zaman avtomobil onu vurub. Qadın dərhal xəstəxanaya çatdırılıb, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.