Gəncədə qəza – Azyaşlı xəsarət aldıbackend

Gəncədə qəza - Azyaşlı xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, “Lada Priora” markalı avtomobil velosipedlə yolu keçmək istəyən uşağı vurmamaq üçün kənarda dayanan “Mercedes” markalı maşınla toqquşub.

Nəticədə sürücü istiqaməti tam dəyişə bilməyib və azyaşlı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Uşağın vəziyyəti normaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*