Gəncədəki partlayışda xəsarət alan gənc vəfat etdibackend

Gəncədəki partlayışda xəsarət alan gənc vəfat etdi

Gəncədə evdə partlayış zamanı xəsarət alan Elnur Qurbanov Bakı şəhərindəki xəstəxanalardan birində vəfat edib.

KONKRET.az xəbər verir ki, o, səhər saatlarında xəstəxanada keçinib.

Onun nəşi bu gün Gəncə şəhərinə gətiriləcək. Xatırladaq ki, hadisə 9 oktyabr tarixində Gəncə şəhəri Dədə Qorqud küçəsində, Zərinə Ağayevaya məxsus evdə baş vermişdi. 36 yaşlı E.Qurbanov həmin evdə usta kimi çalışırdı.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*