25 ildir həbsdə saxlanılan “Gəncəli Mübariz” kimi tanınan Mübariz Ramiz oğlu Niyazovun səhhətində ciddi ağırlaşmalar qeydə alınıb.
KONKRET.az xəbər verir ki, 72 yaşlı Mübariz Niyazovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Belə ki, o, 1 dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsində, 2 dəfə isə Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Bununla yanaşı Mübariz Niyazovun digər xəstəliklərdən də əziyyət çəkdiyi, ürəyinə 4 stend yerləşdirilidiyi bildirilib. Bu ilin 2 iyun tarixində stendin dəyişdirilməsi zamanı isə o, kliniki ölüm keçirib.
Qeyd edək ki, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkən “Gəncəli Mübariz” ömürlük həbs cəzasına məhkum edilib və 25-ildir ki, cəzaçəkmə müəssisəsindədir.