General Bəkir Orucovun şikayətinə bu tarixdə baxılacaqbackend

General Bəkir Orucovun şikayətinə bu tarixdə baxılacaq

“Tərtər işi” ilə bağlı təqsirləndirilən general-mayor Bəkir Orucov və digər hərbçilər – Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses fevralın 14-nə təyin edilib.

Şikayət hakim Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Təqsirləndirilən şəxslər “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra həbs ediliblər. General və onunla birgə mühakimə edilənlər Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ.Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Z.Kazımov məhkəmə zalında həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*