Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
KONKRET.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işini Hüseyn Məmmədovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. İlk iclas oktyabrın 23-ə təyin edilib.
Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda ittiham edilir.