Gizli şəkildə buna hazırlaşırıq, sakitləşin! – Lukaşukbackend

Gizli şəkildə buna hazırlaşırıq, sakitləşin! - Lukaşuk

Dnepropetrovsk vilayəti artıq gizli şəkildə müdafiəyə hazırlanır.

KONKRET.az xəbər verir ki, bunu Dnepropetrovsk Regional Şurasının rəhbəri Nikolay Lukaşuk bildirib.

“Dnepropetrovsk vilayətinin müdafiəsi ilə bağlı son bəyanatlar fonunda hər kəsə sakitləşməyi təklif edirəm. Yoxsa sizcə, hərbçilər xəritə ilə çıxıb, harada və hansı istehkamları tikdiklərini geniş ictimaiyyətə göstərməlidirlər? Bu məxfi məlumatdır, ölkədə müharibə gedir”, – o vurğulayıb.

Lukaşukun sözlərinə görə, Dnepropetrovsk vilayəti ətrafında müdafiə istehkamları artıq tikilir və bu proses çoxdan başlayıb.

O qeyd edib ki, istehkamların tikintisini Müdafiə Nazirliyi, hərbçilər və vilayət rəhbərliyi birgə həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*