Gömrük borcunun ödənilməsi ilə bağlı yeni QAYDAbackend

Gömrük borcunun ödənilməsi ilə bağlı yeni QAYDA

Gömrük borcunun ödənilməsinə dair yeni qayda müəyyənləşir.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qaydaya əsasən, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər.

Layihəyə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*