“Google” coğrafi adlar sistemində Meksika körfəzinin adını dəyişəcəkbackend

"Google” coğrafi adlar sistemində Meksika körfəzinin adını dəyişəcək

“Google”, “GNIS” coğrafi adlar sistemində müvafiq dəyişikliklərin görünməsindən sonra “Google Maps” xidmətində Meksika körfəzi və Denali dağının adlarını dəyişdirmək niyyətində olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, şirkət bunu rəsmi dövlət resurslarında, o cümlədən “GNIS”-də dəyişikliklər edildikdən sonra xidmətin adının dəyişdirilməsi təcrübəsi adlandırıb. “Google”nin “X” sosial hesabında qeyd edilib:”Bu (adının GNIS-ə dəyişdirilməsi) baş verdikdə, biz Mak Kinli dağı və Amerika körfəzini göstərmək üçün “Google Maps”ı  dərhal yeniləyəcəyik”.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp  Meksika körfəzinin adının Amerika körfəzi adlandırılması ilə bağlı fərman imzalayıb . Sənəd Denali dağının adının dəyişdirilərək Mak Kinli adlandırılmasını da nəzərdə tutur.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*