“Google”un Hindistan əsilli 47 yaşlı icraçı direktoru Sundar Piçainin illik gəliri açıqlanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hər il 2 milyon dollar pul qazanan Piçai, həmçinin 90 milyon dollara qədər performans hissəsi də ala biləcək.
Bu yaxınlarda “Alphabet Holding”in rəhbəri vəzifəsinə təyin olan Sundar Piçaiyə 120 milyon dollar dəyərində səhmlər də veriləcək.
Bu ayın əvvəlində “Google” şirkətinin qurucuları Larri Peyj və Sergey Brin “Alphabet” in baş direktoru vəzifəsindən istefa verərək yerlərini Piçaiyə tərk ediblər.
Hazırladı: Günel MUSEYİB