12.10.2025-ci il tarixində saat 17:40 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
KONKRET.az NOCOMMENT-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
19:30
Goranboyda iki yeniyetmə qızı maşın vurub.
KONKRET.az xəbər verir ki, NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayon Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2013 cü ii təvəllüdlü N. Həsənova və 2011-ci il təvəllüdlü F.Qasımovanı vurub.
Piyadalar Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.