Goranboyda qəza: Yeniyetmə öldü, digərləri…backend

Goranboyda qəza: Yeniyetmə öldü, digərləri...

Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alan 2 nəfər özəl tibb müəssisələrinə yerləşdirilib.

KONKRET.az TƏBİB-ə istinadla xəbər verir ki, biri kişi, ikisi qadın olmaqla, 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan 2 qadın zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, maşını 1986-cı il təvəllüdlü Adil Hüseynov idarə edib. 1991-ci il təvəllüdlü ana Lamiyə Əliyeva və qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 2009-cu il təvəllüdlü Sabir Hüseynov isə həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*