Goranboyda yol qəzası baş verdi – YENİLƏNİBbackend

Goranboyda yol qəzası baş verdi - YENİLƏNİB

Goranboyda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

KONKRET.az Report-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər sakinləri İlhamə Əliyeva (1970) və Tərcümən Həsənova (1965) Bakı şəhər sakinləri Leyli İsaqova (1961), Südabə Həsənova (1961), Göygöl rayon sakini Zenfira Həsənova (1969), Şəmkir rayon sakini Qəmər Hüseynova (1957) və Səfikürd kənd sakini Salaman Qasımov (1980) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd olunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2106 ilə “Mercedes” markalı mikroavtobus toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə qəza düşən “Mercedes” avtobusu turistləri daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*