Avropa Komissiyası (AK) Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlya Medvedevə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Bildirilir ki, məhdudiyyətlər anti-Rusiya sanksiyalarının 12-ci paketinin bir hissəsi kimi tətbiq olunacaq.
Bundan başqa, siyahıda “Vətən Müdafiəçiləri” Fondunun sədri Anna Tsivilevanın da adı var.
Məlumata görə, Tsivileva da Rusiyanın hazırkı prezidenti Vladimir Putinin qohumu sayılır.
Ariz Həsənoğlu,
KONKRET.az