Goranboyda külək fəsadlar törədib.
KONKRET.az xəbər verir ki, gecə saatlarında güclü külək rayonun Meşəli kəndi ərazisində irigövdəli qovaq ağacını yola aşırdıb.
Təbiət hadisəsi zamanı Goranboy-Ağcakənd yolunda avtomobillərin hərəkəti çətinləşib. Təbiət hadisəsi zamanı rayonun Aşağı Ağcakənd qəsəbəsində ictimai iaşə obyektinin daş hasarı, dəmir konstruksiyası küləyə tab gətirməyib.
Bundan başqa qəsəbə ərazisində quraşdırlan bir neçə dəmir reklam lövhələri güclü küləyin təsirindən aşıb. Güclənən külək Şəfibəyli, Zeyvə kəndləri ərazisində də irigövdəli ağacları aşırıb. Aidiyyəti qurumlar tərəfindən aşan ağaclar ərazidən götürülüb. Qeyd edək ki Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
