AZAL-ın Bakı–Təl-Əviv reysi geri qayıtdı – Nə baş verir?backend

AZAL-ın Bakı–Təl-Əviv reysi geri qayıtdı - Nə baş verir?

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus, Bakı şəhərindən Təl-Əviv istiqamətində J2-021 nömrəli reysi həyata keçirən sərnişin təyyarəsi İsrail üzərində hava məkanının bağlanması səbəbindən geri dönmək məcburiyyətində qalıb.

KONKRET.az xəbər verir ki, aviaşirkətin mətbuat xidmətindən bildirilib ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib. Uçuş zamanı sərnişinlərin və ekipajın təhlükəsizliyi tam təmin olunub.

Şirkətdən qeyd olunub ki, Yaxın Şərq regionunda yaranmış vəziyyət diqqətlə izlənilir və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər görülür. Sərnişinlərə cədvəldə baş verə biləcək dəyişikliklər barədə operativ məlumat veriləcəyi vurğulanıb.

Xatırladaq ki, regionda gərginliyin artması fonunda İsrail üzərində hava məkanının müvəqqəti bağlanması bir sıra beynəlxalq reyslərin marşrutuna təsir göstərib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*