“Günahkar deyiləm” – “Crocus” terrorundan təqsirləndirilən şəxs etiraz edirbackend

"Günahkar deyiləm" - "Crocus" terrorundan təqsirləndirilən şəxs etiraz edir

Moskvadakı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı üzrə təqsirləndirilənlərdən biri – Nəzrimad Lütfulloi həbsindən apellyasiya şikayəti verib.

KONKRET.az xəbər verir ki, bu barədə Moskvanın Basmannı rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Şikayət məhkəmə tərəfindən aprelin 15-də qeydiyyatdan keçirilib.

2000-ci ildə Tacikistanda anadan olmuş Nəzrimad Lütfulloi ali təhsillidir. Moskvada “Şçelkovskaya” metrostansiyası yaxınlığındakı hosteldə müvəqqəti qeydiyyatda olub, lakin işləməyib. Martın 23-də “Crocus”da törədilən terror aktında əlinin olub-olmaması yoxlanılarkən saxlanılıb. İş materiallarında göstərilir ki, o, sənədləri yoxlayarkən özünü “həyasızcasına” aparıb, təhlükəsizlik qüvvələrinin tələblərinə məhəl qoymayıb, “əllərindən çıxmağa” çalışıb və polis əməkdaşlarını itələyib.

Məhkəmə onu 22 mayadək həbs edib. Vəkil Marqarita Xoreva bildirib ki, müdafiə etdiyi şəxs günahını qismən etiraf edib. Vəkil digər təfərrüatları açıqlamayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*