Bu qanun Zurabaşvilini dövlət himayəsindən məhrum edə bilərbackend

Bu qanun Zurabaşvilini dövlət himayəsindən məhrum edə bilər

Gürcüstan parlamentində yeni qanun layihəsinə baxılacaq.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, yeni qanun   Konstitusiya Məhkəməsi prezident vəzifəsini  tutan şəxsin konstitusiyanı pozduğunu müəyyən edərsə, onun səlahiyyət müddəti başa çatdıqdan sonra dövlət himayəsindən məhrum edilməsini nəzərdə tutur: “Dövlət Konstitusiya Məhkəməsinin Gürcüstan Konstitusiyasının pozulması ilə bağlı qərar çıxardığı şəxsə pul xərcləməyə və xüsusi şərait yaratmağa borclu olmamalıdır. Təbii ki, belə olan halda dövlət belə bir şəxsi qorumaq üçün xüsusi tədbirlər görmək öhdəliyi üzərinə götürməməlidir”, – deyə qanun layihəsinin təşəbbüskarlarından biri, deputat Tengiz Şarmanaşvili komitənin iclasında layihəni təqdim edərkən bildirib.

Mövcud qanunvericiliyə görə, Gürcüstan prezidenti, baş nazir, eləcə də parlamentin sədri səlahiyyət müddəti başa çatdıqdan sonra daha bir il dövlət mühafizəsindən istifadə etmək hüququna malikdir. Əgər keçmiş vəzifəli şəxsin təhlükə altında olduğu müəyyən edilərsə, dövlət mühafizəsinin qüvvədə olma müddəti uzadıla bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*