İlin sonunadək Sumqayıt şəhəri CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən 100 ədəd nəqliyyat vasitəsi ilə təmin olunacaq və yanvardan kart sistemi tətbiq olunacaq.
KONKRET.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.
O bildirib ki, yanvardan Sumqayıt şəhərində gediş haqqı 60 qəpik olacaq:
“Hazırda Sumqayıtda gediş haqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gediş haqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq”.
Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gediş haqqı 50 qəpikdən 60 qəpiyə artırılıb. Bu artım müasir tələblərə cavab verən yalnız elektrik və cNG yanacaq növlü avtobuslara aiddir.
