Gürcüstanda azərbaycanlı qətlə yetirildibackend

Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.

KONKRET.az apa -ya istinadən xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.

Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*