Gürcüstanın müdafiə naziri Zakir Həsənovla görüşəcəkbackend

Gürcüstanın müdafiə naziri Zakir Həsənovla görüşəcək

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla ikitərəfli formatda görüş keçirəcək.

KONKRET.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi (MN) yayıb.

Bildirilib ki, görüş Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Kayseridə keçiriləcək üçtərəfli görüşü çərçivəsində baş tutacaq.

Cuanşer Burçuladzenin Türkiyə müdafiə naziri Hulusi Akarla da ikitərəfli görüş keçirəcəyi qeyd olunub.

Tərəflərin regiondakı təhlükəsizlik mühiti, həmçinin üçtərəfli formatda cari və gələcək əməkdaşlıq planlarını müzakirə edəcəkləri qeyd olunub.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*