Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcəkbackend

Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək

Hakimliyə namizədlərlə keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 108 namizədlə yazılı imtahan dekabrın 14-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

KONKRET.az-ın məlumatına görə, hakimlərin Seçki Komitəsindən bildiriblər ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada, yaxud Hakimlərin Seçki Komitəsindən bütün iş vaxtı ərzində əldə edə bilərlər.

İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*