Əslində bütün bürclər sevir və sevilir. Sadəcə, onların bəziləri münasibətin əvvəlində, digərləri isə sonunda sevməyə başlayır.
KONKRET.az sevməyə soyuq yanaşan bürcləri araşdırıb və məlum olub ki, onların sayı beşdir:
Dolça
Azad və sərbəst olmağı sevirlər. Öhdəlik və məsuliyyətsiz sevgi marağındadırlar. Tərəf müqabilinə hər zaman kömək etməyə hazırdırlar, lakin özlərinə qarşı pis münasibəti bağışlamırlar. Romantik duyğuları isə tanışlığın başlanğıcında keçirirlər. Ehtiraslar soyuduqca darıxmağa başlayırlar.
Əqrəb
Yaxşı tanımadıqları ilə qəddar olan əqrəblər uzun müddətə vurulurlar, hətta ailə həyatında da soyuq ola bilərlər. Duyğu sərgiləməyə qadirdirlər. Amma əqrəbin həmdəmi bunun üçün bir az səbrli olmalıdır.
Xərçəng
Duyğusallıq tanışlığın əvvəllərində olur. Toydan sonra parlaq emosiyalar gözləməyə dəyməz. Buna baxmayaraq, xərçəng həmdəmini qayğı ilə əhatə, planlı yaşamağa məcbur edə bilər.
Əkizlər
Romantik ola bilir, hisslərini də tez-tez etiraf etməyi bacarırlar. Eqoistdirlər. Tez-tez yalan danışır və xəyanət edirlər. Münasibətlər uzandıqca startdakı məhəbbət onları darıxdırır.
Oğlaq
Sevməyə vaxtları yoxdur. Hətta kiminsə onları sevdiyini unutmağa qadirdirlər. Başları öz işlərinə o qədər qarışıb ki, doğmalarını da unuda bilərlər. Lakin həyat yoldaşından istənilən duyğu nümayişini “belə də olmalıdır” kimi qəbul edirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az