“Hazırda polis idarəsindədir, təxminən yarım saatdan sonra…” – Kamilin vəkilindən SON DƏQİQƏ AÇIQLAMASIbackend

"Hazırda polis idarəsindədir, təxminən yarım saatdan sonra..." - Kamilin vəkilindən SON DƏQİQƏ AÇIQLAMASI

“Heç bir dəyişiklik yoxdur. Kamili 48 saatlıq saxlayıblar. Bu gün Prokurorluq Ermənistandan yeni materiallar tələb edəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Rusiyada saxlanılan idmançı Kamil Zeynallının vəkili Ələkbər Qarayev deyib.

“Materiallar hazır olandan sonra sabah məhkəmədə Kamil barəsində həbs qətimkan tədbiri seçmək üçün vəsatət qaldıracaqlar. Məhkəmənin saatı hələ bilinmir. Kamil Zeynallı hazırda polis idarəsindədir. Hava limanının içərisindəyik. Təxminən yarım saatdan sonra Prokurorluğun işçisi gələcək. Kamil gecə yatmayıb deyə yorğundur, amma özünü yaxşı hiss edir”, – vəkil bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*