KONKRET.az Ermənistan Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin erməni mediasına açıqlamasına istinadən bildirir ki, dekabrın 26-da, saat 5 radələrində Armavir Cəzaçəkmə Müəssisəsində məhkum Artur Karapetyanın (1988-ci il təvəllüdlü, əvvəllər 5 dəfə məhkum olunmuş) səhhətində ciddi problem yaşandığından təcili yardım çağırılıb.
Karapetyan Vağarşapat Tibb Mərkəzinə aparılıb. Saat 12:20-də məhkumun bioloji ölümü qeydə alınıb. İlkin diaqnoz qəfil ürəktutması olub.
Məhkumun ölümünün səbəbini müəyyənləşdirmək üçün istintaq aparılır.