Həkimlər can verən ananı əməliyyat otağında qoyub qaçdılar – VİDEObackend

Həkimlər can verən ananı əməliyyat otağında qoyub qaçdılar - VİDEO

Adi əməliyyat, qanaxma və ölüm: həkimlər 24 yaşlı qadını niyə qurtarmadılar?

Stavropolda gənc qadının ölüm səbəbləri aydınlaşdırılır. Konkret.az Rusiya mediasına istinadla xəbər verir ki, Stavropol diyarının Kursavka kəndində 24 yaşlı ana Diana K. əməliyyat masasında keçinib. Qadının ölümünə səbəb kimi qeysəriyyə əməliyyatı zamanı qanaxma göstərilir. Ehtimala görə, xəstə əməliyyat stolunda yarım litr qan itirib.

Həkimlər əməliyyat otağından qaçmaqda ittiham olunurlar

Diana K.-nın qohumları hesab edirlər ki, həkimlər ona iki qat dozada ağrıkəsici iynə vurmaqla işlərini biymiş hesab ediblər və sonra onu reanimasiya şöbəsində tək qoyublar.

Həkimlərin tələsik xəstəxananı tərk etməsi isə insanlarda şok yaradıb. 72 yaşlı mama-ginekoloq Yevgeniya Umanskaya getməsinin səbəbini təzyiq problemləri ilə izah edir. Digər bir həkim Eset Buzurtanova isə deyir ki, həyat yoldaşı ona təcili olaraq evə gəlməsini deyib və ona görə də o, xəstəxananı özbaşına tərk edib.

Həkimlər xəstənin ölümünü nadir fəsadlarla izah etməyə çalışırlar

Mama-ginekoloq Umanskayanın dedikləri Diana K.-nın yaxınları tərəfindən lentə alınıb. Umanskaya deyir ki, doğuşda o, ananı təbrik edir və onun qızı olduğunu göstərir. Ana isə əməliyyat stolunda qəfildən “Nəfəs almağım çətinləşir”,-deyir. Monitora baxıram – təzyiq sıfırdadır. Bu an müşahidə etdik ki, amnion mayesi ananın qan dövranına düşüb. (Ana bətnində körpənin ətrafını bürüyən və içində üzdüyü mayeyə “amniotik maye”, “körpənin suyu” deyilir. Amniotik maye hamiləliyin əvvəllərində ananın qanının maye hissəsindən süzülərək əmələ gəlir. Əgər maye qana keçirsə, onda xəstənin vəziyyəti sürətlə pisləşir.- Konkret.az.)

Ginekoloq vurğulayıb ki, belə hal 40 min doğuşdan bir olur. Ancaq xəstəni oksigen maskası ilə ölümdən qurtarmaq olardı. Təəssüf ki, xəstəxanada oksigen maskası sındığından xəstəyə heç bir köməklik göstərilməyib.

Doğuş zamanı uşaq sağ qalıb.

Qadın doğuşa qədər heç bir həkim müayinəsindən keçməyib

Regional səhiyyə şəbəsindən bildiriblər ki, qadın hamiləlik dövrü bir dəfə də olsun həkim müayinəsindən keçməyib. Nazirliyin rəhbəri Viktor Majarovun sözlərinə görə, həkimlər qadının həyatını xilas etmək üçün əllərindən gələni ediblər, lakin ciddi fəsadlar səbəbindən vəziyyət nəzarətdən çıxıb, xəstəxanadakı həkimlərə kömək üçün digər tibb mərkəzinin mütəxəssisləri çağırılıb. Təcili yardım təyyarəsi Kursavkaya uçsa da, vaxtında yetişməyib.

“Amma buna baxmayaraq, tibbi xidmətin keyfiyyətini yoxlamaq üçün tədbirlər görülür”,-deyə Majarov bildirib. Stavropol diyarı Səhiyyə Nazirliyinin komissiyası yaradılıb, bu işə Stavropol Dövlət Tibb Universitetinin mütəxəssisləri cəlb edilib.

Komissiyanın işi yekunlaşana qədər mama-ginekoloq işdən azad edilib.

Ümumiyyətlə, Rusiyada belə ajiotaj doğuran hadisələrin sayı kifayət qədərdir. Məsələn, Kalininqradda həkimlər yeni doğulmuş körpəni  öldürməkdə ittiham olunurlar. İddiaya görə, doğum xəstəxanasının baş həkimi Elena Belaya və anestezioloq-reanimatoloq Elina Suşkevich uşağa doğuşdan əvvəl iynə ilə ölümcül maqnezium-sulfat yeridiblər. Bu hadisə Belayanın karyerasına mənfi təsir göstərib. Sui-qəsdlə törədilən qətl kimi qiymətləndirilən qadınların hərəkətləri tibb ictimaiyyətində qəzəbə səbəb olub.

Digər bir iş Kursk vilayətinin Qluşkovski rayonunda baş verib. Mama-ginekoloq Serqey Akulinin səhlənkarlığı nəticəsində doğuş zamanı uşaq ağır bədən xəsarəti alıb və əlil kimi qeydiyyata alınıb. Onun işi üzrə məhkəmə işi başa çatıb və o, həbs edilib. Akulin hökmdən kassasiya şikayəti etmək niyyətindədir. Bax belə.

Leyla ŞİRMƏMMƏDOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*