“Hələ ki, oğlumun getməsinin tərəfdarı deyiləm” – Qurban Qurbanovbackend

“Hələ ki, oğlumun getməsinin tərəfdarı deyiləm” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu, oğlu Musa Qurbanlının Polşanın “Poqon” klubuna keçəcəyi barədə yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, Azərbaycan kubokunun 1/4 finalında “Qəbələ” ilə cavab oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib:

“Hazırda real deyil. Bildiyim qədər maraqlanıblar. Amma bir məşqçi olaraq hələ ki, getməyinin tərəfdarı deyiləm”.

Qeyd edək ki,  Ağdam təmsilçisi bu ay 20 yaşlı hücumçu ilə 3,5 illik yeni müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*