HƏMAS-dan Trampa SƏRT REAKSİYA: “Bu, irqçiliyə və etnik təmizləməyə çağırışıdır”backend

HƏMAS-dan Trampa SƏRT REAKSİYA: "Bu, irqçiliyə və etnik təmizləməyə çağırışıdır"

“ABŞ prezidenti Donald Trampın Qəzza zolağının transformasiyası ilə bağlı bəyanatları irqçiliyin təzahürü və etnik təmizləmə çağırışıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə HƏMAS-ın açıqlamasında bildirilib.

Dünən İordaniya Kralı II Abdullah ilə görüşünün açılış hissəsində Tramp qeyd edib ki, ABŞ Qəzza zolağını satın almayacaq və vergi ödəyicilərinin pulunu bu sahəyə xərcləməyəcək. Lakin Tramp Qəzza ilə bağlı “doğru” işlər görəcəyinə söz verib və Misirlə razılaşmaya ümid etdiyini bildirib.

“Trampın bəyanatları irqçiliyin təbliğidir. Fələstin məsələsini aradan qaldırmaq və xalqımızın hüquqlarını tapdamaq üçün etnik təmizləməyə çağırışdır”, – HƏMAS-ın bəyanatında deyilir.

Daha əvvəl Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və regionun yenidən qurulmasına cavabdeh olacaq. Eyni zamanda onu bütün dünya üçün “Yaxın Şərq Rivierası”na çevirəcək. O, həmçinin ABŞ-ın öz ordusunu Qəzzaya göndərə biləcəyini istisna etməyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*