HƏMAS İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını pisləyən Rusiya prezidenti Vladimir Putinin mövqeyini yüksək qiymətləndirir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu hərəkatın Siyasi Büro üzvü Basema Naima deyib. Dekabrın 19-da mətbuat konfransında Putin bildirib ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatları qınanmağa layiqdir. “Prezident Putinin bu bəyanatı davamlı dəstəyin təsdiqidir və Fələstinin ədalətli mövqeyinə beynəlxalq miqyasda yeni təkan verir”, – deyə Naeem vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az