backend

Həmvətənlərimiz Gürcüstana köçürlər: Siyahıya isə ruslar başçılıq edirlər

Gürcüstan hökumətinin miqrasiya komissiyasının saytında dərc edilən 2019-cu ildə ölkənin miqrasiya profilində göstərilib ki, Rusiya vətəndaşları 2015-ci ildən 2018-ci ilə qədər ölkədə daimi yaşamaq icazəsi almış əcnəbilər arasında birinci yeri tutublar.

KONKRET.az sayta istinadən bildirir ki, 2015-ci ildən 2018-ci ilə qədər olan məlumatlara görə, daimi yaşayış şəhadətnaməsini 20,8 min əcnəbi alıb, onların arasında 9 min nəfəri (44%) Rusiya vətəndaşıdır. Azərbaycan isə 16%-lə ikinci yeri tutub, 3 mindən çox vətəndaşımıza adıçəkilən sənəd verilib. Üçüncü və dördüncü yerlərdə Ermənistan (2,2 mindən çox vətəndaş) və Ukrayna (1,7 min) qərarlaşıblar.

Eyni zamanda qeyd olunan dövr üçün 31 mindən çox müvəqqəti yaşayış sənədi verilib. Ən çox bu sənəd iranlılar tərəfindən alınıb (7 mindən çox), daha sonra Hindistan vətəndaşları (5 mindən çox) gəlirlər, üçüncü yer Rusiya vətəndaşlarına (4 mindən çox) məxsusdur.

Yayılan məlumatlardan görünür ki, son dörd il ərzində bu sertifikatların verilməsi ilə bağlı statistika artmaqdadır, lakin bununla yanaşı, Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən adı çəkilən sənədlərin verilməsində imtina hallarının da sayı artmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*