“Sülh qovşağı” layihəsinin Cənubi Qafqazda reallaşdırılması mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Naapetyan deyib.
O bildirib ki, regionda təhlükəsizlik təhdidləri artan xətlə gedir:
“Artıq hərbi əməliyyatların başlaması təhlükəsi İranın qapısını döyür, növbədə Ermənistandır. Regionda “Sülh qovşağı”nın tətbiqi mümkün deyil, çünki burada təsir zonaları hərbi əməliyyatlarla müəyyən edilir”.
Naapetyan iddia edib ki, Türkiyə və İsrail ABŞ-ın rəhbərliyi ilə İranın “təhlükəsizlik zonası”nı məhv etmək istəyir:
“Yəni Liviya, Suriya, İran, daha sonra isə Oman… Region müharibələr dövrünə daxil olub. İsrail müəyyən qüvvələrlə İrana qarşı birbaşa hərbi fəaliyyətlərə hazırlaşır. Bu ssenari nəinki mümkündür, hətta reallaşma prosesindədir. İran hər şeyi edir ki, toqquşmalar onun ərazisində olmasın. Bu fonda hökumət Ermənistanı ABŞ və NATO-ya təqdim edib. İrana qarşı fəaliyyətlərdə bizim ölkə Qərbin müttəfiqi olacaq”./Globalinfo.az