Hibrid avtomobillər sıradan çıxa bilər – SƏBƏB BUDURbackend

Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR

Son dövrlərdə dünyada elektrikli avtomobillərə keçidin sürətləndirilməsi məqsədilə müxtəlif təşviq mexanizmləri tətbiq olunur. Bu isə bəzi ölkələrdə hibrit avtomobillərə münasibətdə gələcək məhdudiyyətlərin mümkün olub-olmaması ilə bağlı müzakirələri gündəmə gətirib. Bəs Azərbaycanda belə bir addım atıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda elektrikli avtomobillərə tam keçidi sürətləndirmək kimi konkret hədəf müəyyənləşdirilməyib.

Ekspertin sözlərinə görə, ölkədə əsas məqsəd ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etməkdir:

“Azərbaycanda prioritet istiqamət ekoloji təmiz nəqliyyatın artırılmasıdır. Hibrit avtomobillər də ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələri hesab olunur. Bu səbəbdən onların istifadəsinə hər hansı məhdudiyyət qoyulması real görünmür.

Hazırkı yanaşma qadağalardan daha çox stimullaşdırıcı mexanizmlərə əsaslanır. Elektrikli avtomobillərin sayının artması üçün infrastrukturun genişləndirilməsi və təşviq tədbirlərinin davam etdirilməsi daha effektiv hesab olunur”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*