Səlahiyyətsiz prezident, dəyişməyən sistem – Pezeşkianla bağlı ŞOKbackend

Səlahiyyətsiz prezident, dəyişməyən sistem - Pezeşkianla bağlı ŞOK

İran prezidenti Məsud Pezeşkianın ikinci dəfə prezidentliyə namizəd olmamaq qərarı ölkənin siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Qərarın əsas səbəbləri ictimaiyyətin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Pezeşkianın bu qərarı şəxsi siyasi seçimdən daha çox İranın mövcud idarəetmə sistemindən qaynaqlanır.

Onun sözlərinə görə, Pezeşkianın prezidentlik dövrü bir daha göstərdi ki, İranda prezident institutu əsasən simvolik xarakter daşıyır və ölkənin həm daxili, həm də xarici siyasəti seçkili orqanlar tərəfindən deyil, ali dini rəhbərlik tərəfindən müəyyən edilir.

“Prezident olmaq İranı faktiki olaraq idarə etmək demək deyil. Müxtəlif dövlət strukturlarında verilən tapşırıqların qarşısı alınırsa, televiziya çıxışları belə yarımçıq dayandırıla bilirsə, bu artıq səlahiyyətlərin ciddi şəkildə məhdudlaşdırıldığını göstərir”, – deyə Abbaslı vurğulayıb.

Partiya sədrinin fikrincə, ölkədə əsas qərarverici fiqur ali dini lider – Əli Xameneidir və prezidentin kimliyindən asılı olmayaraq mövcud siyasi kurs dəyişmir: “Yeni prezident seçilsə belə, dini liderin müəyyən etdiyi strateji xəttdən kənara çıxmaq mümkün deyil. Bu baxımdan Pezeşkianın yenidən namizəd olub-olmaması həlledici amil hesab olunmur”.

Abbaslının fikrincə, İranın siyasi sistemində prezident postunun səlahiyyətləri məhdud olduğundan, ölkənin beynəlxalq münasibətlər kursunda və əsas siyasi qərarlarda dəyişikliklər yalnız ali rəhbərliyin iradəsi ilə mümkündür.

Qeyd edək ki, Pezeşkianın yenidən prezidentliyə namizəd olmamaq qərarı İranın siyasi sistemində prezident institutunun real təsir imkanları ilə bağlı müzakirələri daha da gücləndirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*