Lukaşenko sosial şəbəkələrin qadağan edilməsini “vəhşilik” adlandırdıbackend

Lukaşenko sosial şəbəkələrin qadağan edilməsini “vəhşilik” adlandırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko sosial şəbəkə və messencerlərin bloklanması ilə bağlı təkliflərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, sosial platformaların qadağan edilməsinin mənasız olduğunu deyərək, bunun insanları alternativ yollar axtarmağa məcbur etdiyini vurğulayıb:

“Messencerlərin və ya sosial şəbəkələrin bloklanması ilə bağlı təkliflər eşitmişəm. Bəs niyə? İnsanlar yenə də proksi, VPN kimi vasitələrlə bu platformalara daxil olacaqlar. Və nə olacaq? Xarici şirkətlərə pul ödəyəcəklər. Bu servislərə kimin nəzarət etdiyini bilirsinizmi? Mən də bilmirəm. İnsanların burada ünsiyyət qurmasına niyə mane olaq? Amma Telegram nəzarətdə olmalıdır. Qadağa isə vəhşilikdir, orta əsrlərə qayıdışdır”, – deyə Lukaşenko qeyd edib.

Belarus lideri bildirib ki, sosial şəbəkələrin bağlanması cəmiyyətdə narazılıq yaradır və problemin həlli yolu deyil.

Qeyd edək ki, Rusiyada son günlər Telegram və WhatsApp platformalarının fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*