Hicaba nəzarətin azalmasından sonra İranda gecə həyatı…backend

Hicaba nəzarətin azalmasından sonra İranda gecə həyatı...

İranda hicabla bağlı qaydaların nisbətən yumşaldılmasından sonra, Tehrandakı restoran və kafelərdən paylaşılan görüntülər sosial şəbəkələrdə diqqət çəkir.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

İki qadın blogerin İnstaqramda paylaşdıqları videoda “Bura Tehranın mərkəzində diskokafedir” deyərək qadın və kişilərin bir yerdə musiqi və işıqlar altında əyləndiyi görüntüləri paylaşıb.

Sosial mediada sürətlə yayılan videolarda rəngli işıqlar, ritmik musiqilər və sərbəst geyimli qonaqların olduğu mühit “İslam Respublikasında musiqili restoran?” sualını gündəmə gətirib. Rəylərdə bəziləri bu tip məkanları dəstəkləsə də, digərləri bunu islam qanunlarına zidd hesab edərək tənqid edib.

  • Ülviyyə
    Oktyabr 17, 2025 - 16:04

    İRANA AZADLIQ! RƏDD OLSUN MOLLA REJİMİ!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*