Hindistan parlamenti döyüş meydanına çevrildi – VİDEObackend

Hindistan parlamenti döyüş meydanına çevrildi - VİDEO

Hindistan parlamenti döyüş meydanına dönüb.

KONKRET.az xəbər verir ki, 13 dekabr 2001-ci ildə Hindistan parlamentinə silahlı şəxslər tərəfindən hücum olub. Dəhşətli hadisədən 22 il sonra parlamentdə yenidən təhlükəsizlik pozulub. Parlamentdə deputatların cərgəsinə atılan şəxs təpiklə döyülüb. Hadisə anbaan kameralar tərəfindən lentə alınıb.

Parlamentin aşağı palatası olan Lok Sabhada davam edən müzakirələr zamanı bir nəfər qonaqlar hissəsindən deputatların cərgəsinə atılıb.

Parlamentə rəngli tüstü bombası atan şəxs deputatlar tərəfindən təpiklə döyülüb.

Təhlükəsizliyin pozulmasından sonra iclas dayandırılıb, təhlükəsizlik qüvvələri şübhəli şəxsi saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*