İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda, Aytarun-Aynata magistral yolunda hərəkət edən avtomobili atəşə tutub.
Hücum nəticəsində “Hizbullah” hərəkatının silahlı qanadının xüsusi təyinatlı komandiri Hadi Əli Xanəfir Radvan həyatını itirib.
KONKRET.az-ın verdiyi məlumata görə, Radvan daha əvvəl də bir neçə dəfə sui-qəsd hədəfi olub.
Hadisə ilə bağlı əlavə detallar hələ açıqlanmayıb.
Natiq Səlim,
KONKRET.az