Hökümətlə razılıq əldə olunmadı: Aksiyalar davam edəcəkbackend

Hökümətlə razılıq əldə olunmadı: Aksiyalar davam edəcək 

Fransada ötən həftədən başlayan nümayişlər davam edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, dünən hökümət və nümayişçilər arasında aparılan danışıqlar zamanı razılaşma əldə olunmayıb.

Bundan sonra etirazçılar “tətilə davam edəcəyik” şüarı altında yenidən küçələrə axışıb. Həmkarlar İttifaqları müəllim, həkim və digər ictimai işçiləri bu gün də tətilə səsləyib.

Qeyd edək ki, ötən həftənin cümə axşamından Fransada baş qaldıran etiraz aksiyalarında 800 min nəfər insan iştirak edib.

Tətil 1995-ci ildən sonra Fransa tarixində ən kütləvi etiraz aksiyası hesab olunur.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*