Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilərin formalaşdırdığı silahlı qüvvələr Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəs ballistik raketlə zərbə endiriblər.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib ki, əməliyyat “hədəfinə çatıb”.
“Raket qoşunları Lod hava limanına (Ben-Qurion nəzərdə tutulur) “Fələstin-2″ tipli hipersəs ballistik raketlə hücum edərək unikal hərbi əməliyyat həyata keçiriblər”, – o, “Al Masirah” telekanalının efirində deyib.